Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı, ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı, habelə Nərimanov bələdiyyəsinin iştirakıyla Fizuli rayonunun N saylı hərbi hissəsində 28 may Respublika Günü ilə əlaqədar bayram tədbiri keçirilib. Bu barədə Belediyye.infoya məlumat Nərimanov bələdiyyəsindən daxil olub.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının baş məsləhətçisi Nizami Babaşov, ərazi ilk partiya təşkilatının sədri Anar Hacıyev, N saylı hərbi hissənin əsgərləri və digərləri iştirak ediblər.
əsgərlərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi üçün təşkil olunmuş konsertdə ART qrupu öz musiqi proqramı ilə çıxış edib.
Tədbirin sonunda YAP Nərimanov rayon təşkilatının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev N saylı Hərbi Hissənin komandiri tərəfindən şəxsi heyətin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində fəal iştirak etdiyinə görə “Fəxri Fərman”la təltif olunub.
Belediyye.info
|
|
|
|
|
|